Ukrayna ilə Türkiyə arasında hərbi-sənaye sahəsində mühüm sənəd imzalandı
ANLAŞMA MEMORANDUMU

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə iki ölkə arasında strateji sənayelər sahəsində anlaşma memorandumu imzalanıb”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti  Aparatının Mətbuat Xidməti xəbər yayıb.

 

Bildirilir ki, sənəd Ukrayna və Türkiyə Respublikası şirkətləri arasında strateji sənaye və texnologiyalar sahəsində əməkdaşlığın təşviqinə, habelə bu sahələrdə mövcud layihələrin həyata keçirilməsinə və yeni layihələrin başlanmasına dəstək olmaq məqsədi daşıyır.

 

Əməkdaşlıq sahələrinə arasında avtonom nəqliyyat vasitələrinin, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə imkanların inkişafı, müxtəlif tipli PUA-ların istehsalının artırılması, iki ölkənin strateji sənayelərinin avtonom sistemləri, kosmik və digər texnoloji sektorlar sahəsində tədqiqat və inkişaf; strateji sənaye sahələrinin inkişafı üçün zəruri olan digər texniki əməkdaşlıqlar daxildir.

 

Memorandumu Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin və Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçir imzalayıblar.

 

Xatırladaq ki, Zelenski Avropa turnesi çərçivəsində Türkiyəyə səfər edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.