Ukrayna daha bir rusiyalı generalın öldürüldüyünü açıqlayıb

Ukrayna rəsmiləri Rusiya general-leytenantı Oleq Tsokovun Zaporoje regionunun cənubundakı Berdyansk şəhərində öldürülməsi ilə bağlı məlumat yayıb.


CNN xəbər verir ki, Mariupolun ukraynalı meri Vadim Boiçenkonun müşaviri Petro Andruşçenko Tsokovun Berdyansk ərazisində bu gün öldürüldüyünü qeyd edib:


“2022-ci ilin sentyabrında o, (Tsokov) artıq yaralanmışdı, lakin sağ qalmışdı”.


Andruşçenko rusiyalı komandirin öldürülməsi missiyasının artıq tamamlandığını qeyd edib.


Ukrayna Ali Radasının üzvü Yuri Misiagin də generalın qətlə yetirilməsinə münasibət bildirib.


“11 iyul 2023-cü il tarixində, cənubda, işğal altındakı Berdyansk ərazisində rusiyalı general-leytenant Oleq Yuriyeviç Tsokov öldürülüb. Britaniyanın “Storm Shadow” (raketi) onu dəqiq ziyarət edib”, - Misiagin qeyd edib.


Qeyd edək ki, Böyük Britaniya sözügedən raketləri Ukraynaya bu ilin mayında tədarük edib. General-leytenant Oleq Tsokov Böyük Britaniyanın müharibə səbəbi ilə sanksiya tətbiq etdiyi şəxslər siyahısında olub. TASS xəbər agentliyinin məlumatına görə, general 2022-ci ildə Rusiyanın 144-cü Motoatıcı Diviziyasında xidmət edib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.