Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden Litvada keçirilən NATO Sammiti çərçivəsində bir araya gəliblər.
“TRT Haber” bildirir ki, görüşdə Türkiyə Prezidenti seçki ilə bağlı təbrik mesajına görə ABŞ Prezidentinə təşəkkür edib.
Qeyd edib ki, strateji mexanizm çərçivəsində indi prezidentlər səviyyəsində məsləhətləşmələrin vaxtıdır. Bu baxımdan indiki görüşü ilk addım kimi qiymətləndirən Türkiyə lideri hazırda yeni prosesə başlanıldığını söyləyib.
“Təbii ki, bu yeni proses mənim üçün 5 illik bir prosesdir, Sizin də seçki hazırlıqlarınız var. Bu seçki hazırlığında sizə uğurlar arzulayıram”, - deyə Ərdoğan vurğulayıb.
“Növbəti beş ildə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyən Bayden, həmçinin İsveçlə bağlı diplomatiyası və liderliyinə görə Prezident Ərdoğana təşəkkür edib.
Görüş 1,5 saat davam edib.
**18:03
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Baydenlə görüşüb.
“TRT Haber” xəbər verir ki, iki ölkə liderləri Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində bir araya gəliblər.
Onlar qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.