Böyük Britaniyanın Baş naziri Ərdoğana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Rişi Sunak Qara Dəniz Taxıl Təşəbbüsünü müzakirə edərək, onun genişləndirilməsinin vacibliyini vurğulayıblar.

 

“Anadolu” bildirir ki, çərşənbə axşamı NATO sammitinin açıldığı Vilnüsdə liderlərin görüşünün yekunu üzrə Böyük Britaniya hökuməti başçısının ofisinin yaydığı bəyanatda belə deyilir.

 

“Prezident Ərdoğan Baş nazirə Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə son səfəri barədə məlumat verib. Liderlər həmçinin Qara dəniz taxıl müqaviləsinin uzadılması tapşırığının vacibliyi barədə razılığa gəliblər”, - sənəddə bildirilib.

 

Sunak həmçinin Ankaranın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya etmək vədini alqışlayıb və bu qərara görə Ərdoğana təşəkkür edib. 

 

Görüş zamanı ikitərəfli münasibətlər, o cümlədən qabaqcıl müdafiə texnologiyaları, qeyri-qanuni miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.