İraqın şimalında yerləşən müxalif kürd təşkilatlarına qarşı daha geniş hücumlar ediləcək.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Məşhəddə SEPAH quru qüvvələri komandirlərinin illik konfransında çıxışı zamanı deyib.
O, İraq hökumətinin Kürdüstanda yerləşən İran müxaliflərini tərk-silah edəcəyinə söz veridiyini deyib: “Əgər bu müddət keçsə və onlar tərk-silah edilməsələr, ya hər hansı əməliyyat keçirsələr, bu qruplara qarşı hərbi əməliyyatlarımız mütləq daha böyük intensivliklə təkrarlanacaq”.
Axar.az xatırladır ki, bundan əvvəl iyunun 12-də SEPAH Kürdüstan əyalətinin qərbində yerləşən Sərvabad bölgəsinə çox sayda qüvvə toplayıb, müxalif təşkilatların qərargahlarını artilleriya atəşinə tutub.