Böyük Britaniya Baş naziri Rişi Sunak Ukraynanın Avro-Atlantik ailəyə məxsus olduğunu bildirib.
Bununla bağlı Böyük Britaniya Baş naziri "Twitter"də paylaşım edib.
"NATO Ukraynanın aid olduğu yerdir", - Sunak paylaşımında bildirib.
Qeyd edək ki, Vilnüsdə NATO-nun sammiti keçirilir, Ukrayna Prezidenti Vladimir Zelenski də sammitə qatılıb. Sammit çərçivəsində o, Böyük Britaniyanın Baş naziri Rişi Sunakla da görüşüb.