“Dünya birliyi Ukrayna sayəsində birləşib. Lakin Kiyev bunun üçün çox yüksək qiymət ödəyib”.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
“Ukraynada baş verənlər çox üzücüdür, amma yaxşı xəbər odur ki, dünya birləşir. İnsanlar başa düşürlər ki, baş verənləri sadəcə izləmək olmaz”, - Bayden qeyd edib.
“Cənab Prezident Baydenlə çox yaxşı görüşümüz oldu. Görüş nəzərdə tutulduğundan ən azı iki dəfə uzun çəkdi və kifayət qədər mənalı oldu”.
Bunu isə Volodimir Zelenski Co Baydenlə görüşdən sonra “Twitter“də yazıb.
“Protokol iclası dayandırmasaydı, daha çox danışacaqdıq. Bütün mövzular - uzunmüddətli dəstək, silahlar, siyasət, NATO barədə danışdıq. Biz bu müharibəni ümumi qələbəmizlə necə bitirəcəyimizi aydın görürük”, - o vurğulayıb.
**19:07
NATO-nun Vilnüs sammiti çərçivəsində ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski arasında görüş başlayıb.
Bu barədə xarici KİV xəbər verir.
Görüşdə dövlət başçıları Amerikanın uzaqmənzilli raketlərinin Ukraynaya təhvil verilməsi və F-16 qırıcılarının tədarükü perspektivlərinə toxunacaqlar.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan görüşdən əvvəl deyib ki, Bayden Zelenskiyə sammitdə ölkənin NATO-ya qəbul edilməməsinin səbəbini açıq şəkildə izah edəcək.
Bundan əlavə, Sallivan qeyd edib ki, görüşdə Ukraynaya uzaqmənzilli Amerika raketlərinin tədarükü müzakirə olunacaq. F-16 qırıcılarının tədarükünə gəlincə, Sallivanın qeyd etdiyi kimi, onlar Ukrayna Silahlı Qüvvələrinə bu təyyarələrə malik olan Avropa ölkələri tərəfindən veriləcək.