İsveçin xarici işlər naziri Tobias Billström ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı protokolun Türkiyə parlamentində oktyabrdan əvvəl ratifikasiya oluna biləcəyini deyib.
Billström bu barədə TV4-ə bildirib.
O qeyd edib ki, Türkiyənin ratifikasiyası daha sürətli ola bilər: “Biz gözləməliyik, çünki Türkiyə parlamenti hələ də yay tətilinə çıxmayıb”.
Billströmün sözlərinə görə, onun türkiyəli həmkarı Hakan Fidan parlamentin hətta yay tətilində də açıla biləcəyini deyib.
“İstədiyiniz vaxt parlamenti çağıra bilərsinizsə, istənilən vaxt bizim ratifikasiyamızı da həyata keçirə bilərsiniz”, - o əlavə edib.(APA)