ABŞ Prezidenti Co Bayden Helsinkidə Skandinaviya ölkələrinin liderləri ilə görüşüb.
“Sky News“ xəbər verir ki, Baydenlə Finlandiya Prezidenti, İsveç, Danimarka, Norveç və İslandiya baş nazirləri arasındakı zirvə görüşündən sonra Skandinaviya ölkələrinin liderləri Ukraynaya dəstəklərini lazım olduğu qədər davam etdirəcəklərini bildiriblər.
Liderlər Skandinaviya ölkələrinin ABŞ-la təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırlıqlarını ifadə ediblər.