Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejavaya hücum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə T.Lejava özünün “Tvitter” səhifəsində yazıb.
Səfir bildirib ki, iyulun 14-də Tokionun mərkəzi küçələrin birində naməlum şəxslər ona və sürücüyə hücum ediblər. Gözlənilmədən avtomobilin qabaq qapısını açan şəxs arxa oturacaqda əyləşən səfiri vurmağa cəhd edib. Lakin sürücünün ayıq-sayıqlığı nəticəsində onlar vəziyyətdən çıxa biliblər.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yaponiya polisi faktla bağlı araşdırma aparır.