Cənubi Koreya Prezidenti Yun Sok Yol Ukraynaya əvvəlcədən elan edilməmiş səfərə gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Cənubi Koreya Prezidentinin ofisi məlumat yayıb.
Dövlət başçısı və birinci xanım Kim Keon Hi Ukraynaya Polşadan keçiblər.
Cənubi Koreya Prezidenti səfər çərçivəsində Rusiya-Ukrayna müharibəsində kütləvi qətliamın törədildiyi Buça və şiddətli raket hücumu nəticəsində böyük dağıntıya məruz qalmış İrpen şəhərlərində olub.
Cənubi Koreya liderinin bu saatlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü keçirilir.