İsrail müxalifəti 28-ci dəfə bütün ölkə boyu məhkəmə islahatlarına qarşı kütləvi nümayiş keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tel-Əvivin mərkəzindəki aksiyaya 150 minə yaxın insan qatılıb.
Aksiya İsrailin digər böyük şəhərlərində də keçirilib.
Qeyd edək ki, sözügedən islahatlar xüsusilə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutur.