Krım körpüsündəki partlayışla bağlı Putinə məruzə olunub

Krım körpüsündəki terror aktı ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məruzə olunub.


Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.


Onun sözlərinə görə, Putin Krım körpüsünə hücumla bağlı baş nazirin müavini Marat Xusnullin, FTX rəhbəri Aleksandr Bortnikov, nəqliyyat naziri Vitali Savelyev və Krım rəhbəri Sergey Aksenovun məruzələrini qəbul edib


"Putin Krım istiqamətində hərəkətin təşkil olunmasını tapşırıb və körpüdə təmir işlərinin təşkili barədə göstəriş verib.


Rusiya Prezidenti saat 19:00-a qədər Krım körpüsündəki vəziyyətlə bağlı hesabatlar qəbul edəcək və videokonfransla bağlı görüş keçirəcək", - deyə Peskov vurğulayıb.


Kremlin sözçüsü Marat Xusnullinin Putinin tapşırığı ilə körpüyə hücumdan sonra vəziyyətlə tanış olmaq üçün Krıma uçduğunu da söyləyib.


Peskov Krım körpüsünün partladılmasına Rusiyanın cavabının indi nə olacağını açıqlamayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.