Britaniya Rusiyanın mədəniyyət və təhsil nazirinə qarşı sanksiyalar tətbiq edib

Britaniya hökuməti Rusiyanın təhsil naziri Sergey Kravtsova qarşı Moskvanın ukraynalı uşaqları məcburi deportasiya etməsi səbəbindən yeni sanksiyalar tətbiq etdiyini bildirib.


APA xəbər verir ki, Britaniya Rusiyanın Ukrayna milli kimliyini məhv etmək cəhdlərinə cavab olaraq 14 nəfərə sanksiya tətbiq edib. Qeyd edilib ki, onlardan 11-i uşaqların zorla köçürülməsində iştirak edib.


Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məsələ ilə bağlı açıqlama verib:


"Onun uşaqların məcburi deportasiyası ilə bağlı ürküdücü proqramında və onun köməkçiləri tərəfindən həyata keçirilən nifrətlə dolu təbliğatda biz Putinin əsl niyyətini görürük - Ukraynanı xəritədən silmək".


Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova da Ukraynada sabitliyi pozan və ya ərazi bütövlüyünü təhdid edən siyasət və hərəkətləri təşviq etdiyinə görə sanksiyaya məruz qalıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.