Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TC-TRK” adlı şəxsi təyyarə ilə Körfəz turunun ilk dayanacağı olan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.

 

"Anadolu" xəbər verir ki, Ərdoğanı Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Ciddə regional əmirinin müavini Bədir Bin Sultan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Əl-Səud, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Türkiyənin Yəməndəki səfiri Mustafa Pulat və İslam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi səfir Mehmet Metin Eker qarşılayıblar.

 

Ərdoğan Ciddə təmasları çərçivəsində Əl Salam sarayında rəsmi mərasimlə qarşılanacaq, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman ilə təkbətək və geniş tərkibdə görüşəcək. 

 

Onun şərəfinə rəsmi şam yeməyi təşkil olunacaq.

 

Dövlət başçısını səfərdə həyat yoldaşı Əminə xanım Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, ticarət naziri Ömər Bolat, Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Fahrettin Altun və başqaları müşayiət edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.