“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus strateji sualtı qayığın Cənubi Koreyanın Busan limanına daxil olması bizim nüvə silahından istifadə etməyimizə səbəb ola bilər”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə naziri Kanq Sun Nama deyib.
“Biz ABŞ ordusuna xatırladırıq ki, strateji yerləşdirmələrin, o cümlədən strateji nüvə sualtı qayıqlarının görünməsinin artırılması nüvə silahının istifadəsi şərtlərinə daxildir”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, ABŞ onun nüvə aktivlərinin çox təhlükəli sulara daxil olduğunu bilməlidir.