İsveçdə Qurani-Kərim kitabının dəfələrlə təhqir edildiyi üçün İran ölkəyə yeni təyin olunan səfiri qəbul etməyəcək.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
Onun sözlərinə görə, Tehran da İsveçə yeni səfir göndərməyəcək.
Qeyd edək ki, bu yaxınlarda İsveçin Stokholm şəhərində Qurani-Kərim kitabı yandırılıb. Buna Türkiyə, Azərbaycan, İraq və başqa islam ölkələri etirazını bildirib.