İsraildə etirazlar davam edir
ON MİNLƏRLƏ İNSAN YENİDƏN KÜÇƏLƏRƏ ÇIXDI

İsrailin Təl-Əvivdə yerləşən parlament binası qarşısında etiraz aksiyası keçirilib.

  

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyada on minlərlə israilli iştirak edib.

  

Məhkəmə islahatlarına etiraz etmək məqsədilə keçirilən aksiya Baş nazirin iqamətgahı yaxınlığında başlayıb. Etiraz yürüşü bu həftənin əvvəlindən etibarən davam edir.

 

Təl-Əvivdə 170 minə yaxın insan, eləcə də Qüds, Hayfa və Beer Şeva kimi şəhərlərdə on minlərlə insan aksiyaya çıxıb.

 

Etiraz təşkilatçıları mitinqlərə ümumilikdə 260 minə yaxın insanın qatıldığını bildiriblər.

 

Xatırladaq ki, mart ayından bəri İsraildə məhkəmə islahatları ilə əlaqədar genişmiqyaslı etirazlar keçirilir. Dəyişikliklərə əsasən, hökumət hakimlərin təyinatına və Ali Məhkəmənin səlahiyyətlərinin azaldılmasına nəzarət edəcək. Etirazlara görə qanun layihəsinə baxılması yaya qədər təxirə salınıb.

 

İyun ayında Baş nazir Benyamin Netanyahu islahatların davam etdiriləcəyini açıqlayıb. İyulun 20-də axşam saatlarında Baş nazir hələ də müxalifətlə razılığa gəlməyə çalışdığını bəyan edib. İslahatın əleyhdarları bunu demokratiya üçün təhlükə hesab edirlər. Qanun layihəsi üzrə yekun səsvermənin gələn həftənin əvvəlində keçiriləcəyi gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.