Roma Papası Fransisk Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşmək istəyir.
Bunu Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.
Onun sözlərinə görə, Papa Kirilllə Domodedovo və ya Vnukovo hava limanında görüşməyi təklif edib. Belə ki, Papanın təyyarəsi Monqolustana və ya geriyə gedərkən Domodedovo və ya Vnukovo hava limanda yanacaq doldurmaq üçün dayanacaq.
“Onların ilk görüşü 2016-cı ildə Havana hava limanında baş tutub, ona görə də oxşar görüş hazırda keçirilə bilər. Hava limanı neytral zona hesab olunur. Oradakı görüş pontifikin Rusiyaya səfərinə qarşı çıxanların etirazına səbəb olmayacaq”.