İsrailin Baş naziri Benyamin Netanyahu tibb mərkəzindən çıxaraq məhkəmə islahatları layihəsi üzrə səsvermənin keçirildiyi Knessetə (parlament) gəlib.
Senzor.az yerli KİV-ə isinadən bildirir ki, bir müddət öncə kardiostimulyator qoyularaq xəstəxanadan buraxılan Baş nazir parlament binasının qarşısına toplaşan nümayişçilərdən və jurnalistlərdən yayınmaq üçün Knessetə arxa qapıdan daxil olub.
İsraildə Benyamin Netanyahunun təşəbbüsü olan məhkəmə islahatları miqyaslı etirazlar doğurub. Hazırda Qüds şəhərində kütləvi etiraz aksiyaları davam edir. Nümayişçilər bəzi rayonlarda avtomobil yollarını bağlayıb. Vətəndaşlara aksiyaların keçirildiyi yerlərdən uzaq durmaq tövsiyə olunur.
ABŞ Prezidenti Cozef Bayden Netanyahunu qalmaqallı qanun layihəsini parlamentdən geri götürməyə çağırıb.