Gürcüstana gələn Rusiya vətəndaşları son günlər maliyyə sıxıntısı keçirərək çətin vəziyyətə düşüblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ-ın Rusiyanın “Unistream” bank sisteminə sanksiya tətbiq etməsindən sonra Gürcüstana səfər edən rusiyalı turistlər pul köçürmədə ciddi problemlərlə qarşılaşıblar.
Rusiya vətəndaşlarının sözlərinə görə, “Unistream” bank sistemi onlara pul köçürmək üçün daha asan və sərfəli idi. Lakin bir neçə gün bundan öncə tətbiq edilən sanksiya onların pulsuz qalmasına səbəb olub.
Ekspertlər bildirirlər ki, hazırda rusların Gürcüstana pul köçürmək üçün cəmi iki şansları qalıb. Bu da “Corona” və “Kontakt” sistemləridir.