Rusiya müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfər edəcək.
Bu barədə Şimali Koreyanın dövlət mediası məlumat yayıb.
Bildirilib ki, 27 iyul Koreya Müharibəsi barışığının 70-ci ildönümü tədbirlərində iştirak etmək üçün bu həftə Rusiyadan hərbi nümayəndə heyəti Pxenyana səfər edəcək.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, nümayəndə heyətinə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik edəcək.