Çində yüksək vəzifəli məmur edam ediləcək
RÜŞVƏT ALDIĞINA GÖRƏ

Çin Kommunist Partiyasının Hançjoudan olan yüksək vəzifəli məmuru Çjou Cianyun 182 milyon yuan (25 milyon ABŞ dolları) rüşvət almaqda ittiham edilərək edam cəzasına məhkum edilib.

 

“South China Morning Post” informasiya agentliyi xəbər verir ki, rüşvətxor məmur torpaq məsələlərini həll etmək müqabilində təşkilatlardan və fiziki şəxslərdən pul alıb.

 

“Report” xatırladır ki, hazırda Çində ölüm hökmü əksər hallarda ölümcül inyeksiya ilə həyata keçirilir, bundan əvvəl isə günümüzdə yalnız müəyyən kateqoriya cinayətkarlara – qatillər və narkotik satıcıları üçün tətbiq edilən güllələnmə qüvvədə idi. Bununla belə, yerli medianın yazdığına görə 56 yaşlı partiya funksioneri üçün edam ömürlük həbslə əvəz oluna bilər. Bu halda o həm də ömürlük siyasi hüquqlarından məhrum ediləcək, əmlakı müsadirə olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.