"Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 2022-ci ilin oktyabrın əvvəlində Krım körpüsünə hücumu təşkil edib".
"RBK-Ukraina" xəbər verir ki, bu barədə məlumatı UTX-nin rəhbəri Vasili Malyuk bildirib. Həmin hücum nəticəsində körpü ciddi şəkildə zərər görmüşdü.
Bildirib ki, müxtəlif xüsusi əməliyyatlar həyata keçirilib. "Onların bəziləri haqqında qələbədən sonra danışa bilərik. Bəziləri barədə isə ümumiyyətlə danışmayacağıq. Reallaşdırdığımız əməliyyatlardan biri 2022-ci il oktyabrın 8-də Krım körpüsünün dağıdılmasıdır",- deyə Malyuk vurğulayıb.