Ukrayna Prezidenti Volodimir Zelenski Dnepr şəhərində Milli Təhlükəsizlik Şurasının (Stavkanın) səyyar toplantısını keçirib.
Bunu dövlət başçısı teleqram kanalında yazıb.
İclasda cəbhədəki vəziyyət və əks-hücumun gedişi müzakirə olunub.
Yığıncaqda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general-leytenant Valeri Zalujnı, Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski və “Tavriya” Qoşunları Qrupunun komandanı briqada generalı Oleksandr Tarnavskinin məruzələri dinlənilib.
İclasda Ukrayna Hava Hücumundan Müdafiə sistemlərinin istifadəsi və gücləndirilməsinin səmərəliliyi nəzərdən keçirilib.