Rusiyada Prezident Vladimir Putinin qohumunun həyat yoldaşı, biznesmen Tatyana Putina həbs edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, T.Putina dələduzluqda və Syneil ticarət nişanına qanunsuz sahib çıxmaqda ittiham olunur.
Tatyananın nümayəndələrinin sözlərinə görə, cinayət işinin istintaqını Krasnodar müstəntiqləri aparırlar və bu, rəqibinin onun brendini və biznesini əlindən alması üçün ən son üsuldur.