Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.
Hücum nəticəsində itki və dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, Moskvaya PUA-larla hücum hadisəsi əvvəllər də baş verib.