Rusiya Ukraynanın Dnepr şəhəri yaxınlığına raket zərbəsi endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
Raket çoxmərtəbəli yaşayış binasına düşüb, 5 nəfər yaralanıb. Amma yaralıların sayının artacağı istisna edilmir.
Yaralıların hamısına xəstəxanaya yerləşdirilmədən tibbi yardım göstərilib.
Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Sergiy Lısak deyib ki, Dneprdə raket zərbələri nəticəsində inzibati binada yanğın qeydə alınıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Dneprdə Təhlükəsizlik Xidmətinin binası partlayış nəticəsində zədələnib.