Ukrayna ərazisində yerləşən ABŞ hərbçilərindən heç biri döyüş əməliyyatlarında iştirak etmir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə deyib.
"Sizi əmin edə bilərəm ki, onların heç biri hərbi əməliyyatlarda və ya Ukrayna əsgərləri ilə döyüş meydanında iştirak etmir. Prezident (Co Bayden – red.) açıq şəkildə bəyan edib: ABŞ qoşunları Ukraynada müharibə etməyəcək. Onlar bunu etməyiblər və etməyəcəklər”, - deyə C.Kirbi vurğulayıb.