Aİ Nigerdə ​​üsyan nəticəsində yaradılmış hökuməti tanımır

Avropa İttifaqı (Aİ) Nigerdə üsyan nəticəsində yaradılmış yeni hökuməti tanımır.

TASS xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell tviter səhifəsində bildirib.

“Avropa İttifaqı Nigerdə çevriliş nəticəsində yaradılmış yeni hökuməti tanımır və tanımayacaq da. Konstitusiya quruluşu bərpa edilməlidir”, - o yazıb.

J.Borrellin sözlərinə görə, Aİ bu ölkəyə maliyyə dəstəyini və onunla əməkdaşlığı dayandırır.

“Nigerin respublika institutlarının bütövlüyünə qarşı edilən bu qəbuledilməz hücum Aİ ilə Niger arasında bütün müxtəlif aspektlərdə tərəfdaşlıq və əməkdaşlıq məsələlərində nəticəsiz qalmayacaq. Bununla əlaqədar büdcə dəstəyinin dərhal geri çəkilməsi ilə yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə bütün fəaliyyətlər dərhal qüvvəyə minməklə qeyri-müəyyən müddətə dayandırılır”, - o əlavə edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.