Ölkənin bir çox şəhərlərində on minlərlə İsrail sakini Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz etmək üçün keçirilən ümummilli nümayişdə iştirak edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Təl-Əvivdə 80 minə yaxın insan, eləcə də Qüds, Hayfa və Beer Şeva kimi şəhərlərdə on minlərlə insan aksiyaya çıxıb.
Aksiyalar zamanı onlarla insan saxlanılıb.