Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü şərəfinə parad keçirilir.
Ren TV xəbər verir ki, onu Rusiya prezidenti Vladimir Putin qəbul edir.
Parad ənənəvi olaraq dəniz və quru komponentlərindən ibarətdir. Bu il tədbirə 45 gəmi, kater və sualtı qayıq, həmçinin 3000-ə yaxın hərbçi cəlb olunub.
Qeyd edək ki, Putin bu il parada daha əvvəl Rusiya-Afrika sammitində iştirak etmək üçün şimal paytaxtına gəlmiş Afrika ölkələrinin liderlərini dəvət edib.