Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukrayna ordusunun Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə (PUA) hücumlarına münasibət bildirib.
O, bunu Ukraynanın əks-hücum əməliyyatlarının uğursuzluğu kimi qiymətləndirib.
“Ukrayna Silahlı Qüvvələrinin uğursuz “əks-hücum”u fonunda Kiyev diqqətini Rusiyanın mülki infrastrukturuna terror hücumlarına yönəldib”, - nazir söyləyib.
S.Şoyqu bildirib ki, Ukrayna bu hücumları Qərbin dəstəyi ilə həyata keçirir.
Qeyd edək ki, son zamanlar Moskvaya PUA hücumları artıb. Sonuncu belə hücum iyulun 28-də olub.