Əgər Zelenski öldürülsə... – KİYEVİN PLANI

Ukrayna rəsmiləri bu barədə açıq danışmaqdan imtina etsələr də, Prezident Volodimir Zelenski müharibədə öləcəyi təqdirdə Kiyevin planı var.


Bu barədə “Politiko” nəşri yazıb.

 

“Prezidentin ruslar tərəfindən mümkün sui-qəsdə məruz qalması məsələsi nə Ukrayna, nə də Qərbin diqqətindən kənarda qala bilər. Volodimir Zelenski sadəcə olaraq dövlətin formal lideri deyil, o, Rusiyaya qarşı mübarizəyə beynəlxalq dəstəyin cəlb edilməsində əsas rol oynayır”, - nəşr bildirib.

 

Məqalə müəllifləri xatırladıblar ki, müharibənin əvvəlində ruslar Prezidentə qarşı bir neçə sui-qəsd cəhdi ediblər, radikal əhval-ruhiyyədə olan rus deputatlar hələ də Zelenskinin öldürülməsini tələb edirlər: “Ukraynalı məmurlar bu barədə danışmasalar da, Zelenskinin ölümü ilə bağlı fəaliyyət planı hələ də mövcuddur. Keçən il ABŞ-ın Dövlət katibi Entoni Blinken müsahibəsində “hökumətin davam etməsi ilə bağlı ukraynalıların planları var” deyərkən, əslində bunu təsdiqləmişdi. Konstitusiyaya görə, hakimiyyətin ötürülməsi xətti bəllidir: Prezident öz vəzifələrini yerinə yetirə bilməyəndə onun səlahiyyətlərini Ukrayna Ali Radasının sədri üzərinə götürür. Ali Radanın hazırki sədri Ruslan Stefançuk əhali arasında elə də böyük reytinqə malik deyil, amma bu, çətin ki, problem olsun. Güclü liderlik komandası var və düşünürəm ki, biz kollektiv hökumət görəcəyik”.

 

Nəşr vurğulayıb ki, Zelenskinin yoxluğunda dövləti kollektiv şəkildə Ruslan Stefançuk, Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov idarə edəcəklər: “Ölkə çox mühüm həmrəylik və milli birlik nöqtəsinə çatıb, ona görə də Zelenskinin başına dəhşətli bir şey gəlsə, bu, düşündüyünüz qədər həlledici olmaz. Ukraynada mükəmməl inzibati, hərbi və diplomatik maşın yaradılıb”.

  

Maralıdır ki, "Politico"nun belə bir mövzuya toxunduğu gün Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson da "Judging Freedom"a müsahibə verərək Ukrayna Prezidentinin öldürülmə riskindən danışıb. O, Ukraynanın artıq Rusiya ərazisində müəyyən əməliyyatlar həyata keçirməsinin Zelenskinin vaxtından əvvəl ölümünə səbəb ola biləcəyini deyib.

 

Qeyd edək ki, Zelenski 2019-cu ildən Ukrayna Prezidentidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.