Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin Polşa sərhədlərinə doğru irəliləməsi ilə bağlı rəsmi Varşavanın bəyanatına cavab verib
O bildirib ki, “Vaqner”in yüz nəfərlik dəstəsinin Belarus-Polşa sərhədinə yerləşdirilməsi barədə məlumat həqiqəti əks etdirmir.
“Brest və Qrodno (Belarusun şəhərləridir-red.) yerləşdirilənlər isə döyüş təcrübələrini briqadalara ötürürlər”, - dövlət başçısı söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl A.Lukaşenko “Vaqner”in Qərbə doğru getmək istədiyini bildirmişdi. Dövlət başçısının sözlərinə görə, onlar Polşada Qərbin hərbi texnikasını məhv etmək istəyirlər: “Onların ovqatı çox pisdir".