Türkmənistan Hava Yolları çərşənbə axşamından etibarən Aşqabaddan Moskvaya uçuşları dayandırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib.
“Bildirmək istərdik ki, Moskva hava zonasında hava vəziyyəti ilə əlaqədar, habelə uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə risklərin qiymətləndirilməsinə əsasən 2023-cü il avqustun 1-dən etibarən Türkmənistan Hava Yollarının Aşqabad - Moskva - Aşqabad istiqamətindəki bütün reysləri dayandırılır. Uçuşlar Aşqabad - Kazan - Aşqabad marşrutu ilə həyata keçiriləcək”, - məlumatda deyilir.