Rusiyada iyulun 29-dan avqustun 2-dək 30 hərbi komissarlıq yandırılıb.
Bu barədə Rusiyanın "Mediazona" nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, son beş gün ərzində baş verən hücumların böyük əksəriyyəti müxtəlif bəhanələrlə insanları yanğın törətməyə inandıran və ya təhrik edən telefon fırıldaqçılarının hərəkətləri ilə bağlıdır.