Cənubi Koreyanın Çolla-Pukto əyalətində baş tutan skautların qurultayında kütləvi günvurma halları baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tədbirdə iştirak edən 88 nəfər günvurması əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onların arasında huşunu itirənlər də olub.
Həkimlər onların həyatı üçün heç bir təhlükənin olmadığını bildiriblər.