“Ukrayna qoşunlarının cəbhədə irəliləmə sürətinin aşağı olmasının əsas səbəbi minalanmış ərazilər və işğalçıların qurduqları güclü istehkamlardır”.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
O bildirib ki, indi döyüş meydanında vəziyyət ağırdır: “Amma təşəbbüs bizim əlimizdədir. Hər şey plan üzrə gedir. Biz döyüş meydanındakı dəyişikliklərə lazımi reaksiya veririk. Ukraynanın hərbi kəşfiyyatı düşmənin niyyətlərini ifşa edir. Qarşı tərəf xeyli itki verir”.
V. Skribitskinin sözlərinə görə, Rusiya qoşunları Ukraynanın işğal olunmuş ərazilərində möhkəmlənib: “Əlbəttə, bu məsələ də bizim irəliləyişimizin qarşısını alır. Bizi qınayanlar başa düşməlidir ki, müharibə idman yarışı deyil”.
Onun fikrincə, Ukraynaya daha çox döyüş sursatı, o cümlədən hava hücumundan müdafiə sistemləri, minatəmizləmə texnikası, uzaqmənzilli silahlar lazımdır.
Müdafiə Nazirliyinin nümayəndəsi deyibr ki, Rusiyanın genişmiqyaslı təcavüzü bütün Ukraynanın sürətlə ələ keçirilməsinə yönəlib: “Bizim əsas vəzifəmiz isə düşmənin təchizat yollarını sıradan çıxarmaqdandan ibarətdir. Ukrayna hücumdadır. Bu, uğurlu olacaq”.
Xatırladaq ki, daha əvvəl Qərb liderləri və institutları Ukrayna ordusunun əks-hücum əməliyyatlarının ləng getdiyini bildirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski də bunu təsdiqləmişdi.
Qeyd edək ki, Ukrayna qoşunları əks-hücum əməliyyatlarına bu ilin iyun ayının əvvəlində başlayıb.(“Report”)