Əfqanıstanda 6,6 bal gücündə daha bir zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, zəlzələ Qazaxıstandakı seysmik stansiyalar tərəfindən qeydə alınıb.
Yeraltı təkanların episentri Əfqanıstan ərazisində, Almatı şəhərindən 851 kilometr cənub-qərbdə, ocağı 35 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, avqustun 5-də Kabildə 5,8 bal gücündə zəlzələ olub. Həmin zəlzələnin episentri Bədəxşan əyalətində, Faizabad şəhərindən 75 kilometr cənubda yerləşib.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
**21:30(05.08.2023)
Əfqanıstanın Hindukuş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, təbii fəlakətin episentri Qunduz şəhərindən 176 km şərqdə, ocağı isə 190 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.