Dünyada etimadsızlıq və fikir ayrılığı artır, atom müharibəsinin təbilləri yenidən döyülür.
“Alman dalğası”nın verdiyi xəbərə görə, bunu BMT Baş katibi Antonio Quttereş Xirosimaya atom bombası atılmasının 78-ci ildönümü münasibətilə məktubunda yazıb.
BMT Baş katibi bildirib ki, Soyuq Müharibə dövründən sonra dünyanın başı üzərində yenidən atom kölgəsi peyda olub: “Bəzi ölkələr yenidən düşüncəsiz şəkildə atom silahından istifadə məsələsini ortaya atır”.
Antonio Quttereş dünyanı atom silahından imtina etməyə çağırıb: “Bu, atom müharibəsi təhlükəsini istisna etməyin yeganə vasitəsidir”.
Qeyd edək ki, 1945-ci il avqustun 6-da ABŞ Yaponiyanın Xirosima şəhərinə atom bombası atıb. Xirosima Naqasaki ilə bərabər dünyada atom bombasının tətbiq edildiyi yeganə şəhərlərdir. Nəticədə Xirosimada 100 minə qədər, Naqasakidə 70 minə qədər insan ölüb.