Moskvanın Vnukovo aeroportunda dron hücumu ilə əlaqədar tətbiq edildiyi güman edilən məhdudiyyətlər ləğv edilib.
“Report” xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Moskva vaxtı ilə saat 11:55-dən (Bakı vaxtı ilə 12:55) etibarən məhdudiyyətlər götürülüb, aerovağzal kompleksi normal rejimdə işləyir.
**
Moskva vaxtı ilə saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən Vnukovo hava limanında təyyarələrin eniş və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə TASS-a aeroportun mətbuat xidməti bildirib.
“Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovo təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edib”, - mətbuat xidməti bildirib.
Onlar əlavə ediblər ki, təhlükəsizlik məqsədilə səhər saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən uçuşların bir hissəsi Moskva aviasiya qovşağının digər hava limanlarına yönləndirilib.
Xatırladaq ki, Moskva vilayətinə dron hücumu olub.
**13:33
Paytaxt Moskvaya doğru irəliləyən dron hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bu barədə şəhərin meri Sergey Sobyanin teleqramda bildirib.
“Bu gün saat 11 radələrində (Bakı vaxtı ilə 12 - red.) dronla Moskvaya keçməyə cəhd edilib. O, yaxınlaşma zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - mer qeyd edib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı yaydığı açıqlamada pilotsuz uçuş aparatının Moskva vilayətinin Podolsk rayonunda zərərsizləşdirildiyini bildirib. Olayda itki və dağıntıların olmadığı vurğulanıb.