İranda tikilməkdə olan beş bina uçub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iinsident qanunsuz tikililərin sökülməsi zamanı baş verib.
Belə ki, Tehranda binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl olunmaması səbəbindən qonşuluqda olan dörd bina da dağılıb.
Uçan binaların dağıntıları altından hələlik bir polis komandiri və bir zabit də daxil olmaqla üç meyit çıxarılıb, daha 11 nəfər isə xəsarət alıb.
Xilasetmə əməliyyatı davam edir. Dağıntılar altında qalanların ümumi sayı müəyyən edilməyib.