Ukrayna Fransadan "SCALP" uzun mənzilli hava-yer raketləri alıb.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Günündə Prezident Volodimir Zelenski məlumat verib.
O, "Patriot" və "İRİS-T" hava hücumundan müdafiə sistemlərinin işi və imkanları haqqında hesabatı dinləyib, həmçinin Su-25 hücum təyyarəsini yoxlayıb.
Hərbçilərin mükafatlandırılması mərasimində V.Zelenski "SCALP" raketlərindən birinə avtoqraf qoyub.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron iyulun 11-də NATO-nun Vilnüs Sammitində uzun mənzilli raketləri Ukraynaya ötürmək niyyətində olduğunu açıqlamışdı.