Gürcüstanda matəm günüdür

Bu gün Gürcüstanda matəm günüdür.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla əlaqədar ölkə ərazisində dövlət və hökumət binalarında, inzibati binalarda bayraqlar endirilib, əyləncəli proqramlar ləğv olunub.

 

Qeyd edək ki, Gürcüstanın Raça dağlıq bölgəsindəki Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Baş nazir İrakli Qaribaşvilinin sərəncamına əsasən avqustun 7-si matəm günü elan edilib.

 

Matəm avqustun 8-i saat 20:00-dək davam edəcək.

 

Xatırladaq ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışları isə davam etdirilir.

 

Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” otelinə ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq kütləsi enib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.