Rumıniyanın müdafiə naziri Ancel Tilver moldovalı həmkarı Anatoli Nosatıyının dəvəti ilə Moldovada rəsmi səfərdədir.
Xarici KİV xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazirlər Kişineuda görüşəcəklər.
"Müzakirələrin gündəliyinə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular daxildir", - məlumatda qeyd edilib.