Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun sonunda Macarıstana səfər edəcək.
Bu barədə CNN Türk telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 20-də Macarıstana rəsmi səfəri gözlənilir”, - telekanal bildirib.
Qeyd edilib ki, Türkiyə dövlət başçısı Macarıstanın Baş naziri Viktor Orbanla təkbətək və geniş tərkibdə görüş keçirəcək.