"Ukraynanın əks-hücumları hamının gözlədiyindən daha çətin və ləng davam edir” - ZELENSKİ

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları hamının gözlədiyindən daha çətin və ləng davam edir”.


Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.


O, mövcud çətinliyə baxmayaraq, təşəbbüsün rəsmi Kiyevin əlində olduğunu bildirib: “Çünki bizim hərbçilərin gözündə yorğunluq, rusların gözündə isə qorxu var. Amma qalib gəlmək istəyiriksə, səbirli olmalıyıq”.


V.Zelenskinin sözlərinə görə, əks-hücum əməliyyatlarının ləng davam etməsinin əsas səbəbi ərazilərin minalanmasıdır: “Bu qədər uzun müddət mübarizə aparmaq çox çətindir. Bu, tamamilə başa düşüləndir. Xüsusilə nəzər almaq lazımdır ki, bizim kifayət qədər silahımız yoxdur”.


Ukrayna Prezidenti qeyd edib ki, Rusiya bu müharibəni daha tez və lazımsız itkilər olmadan bitirə bilər: “Bunun üçün işğalçılar ölkəmizin ərazisini tərk etməlidirlər. Ukrayna Rusiya ərazisində müharibəni davam etdirmək fikrində deyil. Bu, heç vaxt bizim məqsədimiz olmayıb. Biz yalnız öz ərazilərimizi azad edirik. Onların qayıtmağa yerləri var, bizim isə yox. Onların getməli yerləri var. Amma biz heç yerə gedə bilmərik. Bizim torpağımız Ukraynadır”.


Qeyd edək ki, Ukrayna əks-hücum əməliyyatlarına bu ilin iyunun əvvəlində başlayıb.


Daha əvvəl Qərb rəsmiləri əks-hücumun ləng davam etdiyini bildiriblər.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.