Niger üsyançılarının başçısı Abdurahman Tçiani ölkədə yeni keçid hökumətinin yaradıldığını elan edib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hökumətdə 20 nazir təmsil olunur, onların arasında hərbçilər və mülki şəxslər də var.
Məlumat üçün əlavə edək ki, iyulun 26-da bir qrup Niger hərbçisi qiyam qaldırıb, Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıb, ölkədə komendant saatı tətbiq edib, partiyaların fəaliyyətinə qadağa qoyub.
Ölkənin idarə edilməsi üçün iyulun 28-də general Abdurahman Tçianinin rəhbərliyi ilə Milli Şura yaradılıb.