Ukrayna Rusiya ilə müharibədə ABŞ kasetli bombalarının istifadəsinə dair ilk hesabatı Pentaqona təqdim edib.
Bu barədə CNN məlumat yayıb.
Məlumata əsasən, tam təfərrüatları açıqlanmayan hesabatda Rusiyaya qarşı istifadə olunan mərmilərin və məhv edilən hədəflərin sayı barədə məlumatlar yer alıb.
Qeyd edək ki, dünyada kasetli sursatlarının istifadəsi geniş şəkildə qadağan edilib.
Ukraynanın belə bir hesabat təqdim edəcəyi gözlənilirdi, çünki ötən ay Ukraynanın müdafiə naziri Aleksery Reznikov ABŞ-ın müdafiə naziri Lloyd Ostinə belə bir hesabatın təqdim edilməsini planlaşdırdığını açıqlamışdı.